Boris Kollar: Slovakiya Azərbaycanın ərazi bütövlüyü məsələsinə çox həssas yanaşır

Tokio, 13 iyun , /AJMEDIA/

Biz işğalın nə demək olduğunu bilirik. Qarabağ ərazisi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə aiddir. Bu ərazi vaxtilə hərbi yolla işğal olunub və bu yaxınlarda azad edilib. Beynəlxalq hüququ pozan istənilən işğal qanunsuzdur.
AJMEDIA xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Slovakiya Milli Şurasının sədri Boris Kollar söyləyib.
O bildirib ki, tarixin bizə nümunələr verməsi təbiidir, onlardan öyrənməliyik, bu, bizim borcumuzdur. Lakin, digər tərəfdən, tarixi sarsıntılar barışıq və münasibətlərin inkişafına mane olmamalıdır. Avropa bu istiqamətdə İkinci Dünya müharibəsindən sonra nümunə göstərdi. Proses asan olmayıb, lakin tarix göstərir ki, bu təcrübədən dərs çıxarmaq olar.
“Slovakiya istər Azərbaycan, istər Ukrayna, Gürcüstan, Moldova, istərsə də başqa dövlətlərin ərazi bütövlüyü məsələsinə çox həssas yanaşır. Ərazi bütövlüyü prinsipi bizim üçün əsas və həyati prinsipdir. Biz beynəlxalq hüququn, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının tərəfdarıyıq. Bu, bizim bütün səviyyələrdə müdafiə etdiyimiz və Azərbaycanın ərazi bütövlüyünə də aid etdiyimiz prinsipdir”, – deyə Slovakiya Milli Şurasının sədri deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts