Birinci ixtisas qrupu imtahanının test tapşırıqlarının düzgün cavabları açıqlanıb

Tokio, 4 iyun , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə iyunun 4-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib.
DİM-dən AJMEDIA-ya bildirilib ki, imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.
Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları ilə DİM-in saytından tanış olmaq mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts