Beynəlxalq Türk Akademiyasının yeni binası istifadəyə verilib

Tokio, 30 Oktyabr, /AJMEDIA/

Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının yeni binasının açılış mərasimi keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə Qazaxıstan Respublikasının dövlət katibi Krımbek Kuşerbayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Qazaxıstanın mədəniyyət və idman naziri Aktota Rayımkulova, müxtəlif dövlətlərin, o cümlədən Azərbaycanın bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların, ali məktəblərin və elmi-tədqiqat mərkəzlərinin rəhbərləri, eləcə də deputatlar, diplomatlar, tanınmış türkoloqlar iştirak edirlər.

Yeni bina iki korpusdan ibarətdir. Birinci korpus Akademiyanın kollektivi, ikinci korpus Türk Muzeyi və Türkoloji kitabxana üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Zirvə Görüşündə Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmasına qərar verilən Türk Akademiyası 2010-cu il mayın 25-də fəaliyyətə başlayıb. 2012-ci il avqustun 23-də Türk Şurasının Bişkekdə keçirilən İkinci Zirvə toplantısında beynəlxalq status qazanıb.

Beynəlxalq Türk Akademiyasının əsas məqsədi türk ölkələrinin elmi inteqrasiyasını gücləndirmək, ortaq irsi hərtərəfli təbliğ etmək, türk dünyasında təhsil və elm sahəsində akademik fəaliyyəti əlaqələndirməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts