Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb

Tokio, 25 noyabr , /AJMEDIA/

Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb.
Mərkəzdən AJMEDIA-ya bildirilib ki, əslən Şuşadan olan xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə həsr edilmiş “Salam, Məşədi” adlı nəşrdə böyük xanəndənin 33 illik İstanbul həyatına aid son illərdə tapılmış arxiv materialları, Azərbaycan Dövlət Səs Yazıları Arxivindəki ifalarının siyahısı yer alıb. Kitabın təqdimat mərasimi noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Kitabda həmçinin indiyə qədər heç yerdə dərc olunmamış Almaniyanın “Sport- Rekord”, Fransanın “Pate” firmalarının tərtib etdiyi kataloqlar da əks olunub. Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır. Muğam tariximizlə maraqlanan oxucular müəllifin axtarışları nəticəsində tədqiqat qrupunun üzvü Dilqəm Əhməd tərəfindən xanəndəyə aid Türkiyə arxivlərində aşkar edilmiş sənədlər, həmçinin tanınmış sənət xadimlərinin xanəndənin irsi haqqında düşüncələri ilə tanış ola biləcəklər. Kitaba “Ön söz”ü Xalq artisti, bəstəkar Sərdar Fərəcov yazıb.
“Çapar” yayınlarında hazırlanan nəşrin redaktoru Kənan Hacıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts