BDU Türkiyənin Karabük Universiteti ilə anlaşma memorandumu imzalayıb

Tokio, 10 iyul , /AJMEDIA/

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Karabük Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə AJMEDIA-ya BDU-dan məlumat verilib.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Karabük Universitetinin rektoru Refik Polat imzalayıblar. Müqavilə çərçivəsində akademik heyətin, bakalavr, magistr və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur. Bu isə gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsini təmin edəcək.
Əsası 2007-ci ildə qoyulmuş Türkiyənin Karabük Universitetində 52 min tələbə təhsil alır. Universitetdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts