BDU: İmtahan qaydalarının pozulması halları ötən ilə nisbətən 43 faiz azalıb

Tokio, 21 fevral , /AJMEDIA/

Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti iclası keçirilib.

BDU-dan bildirilib ki, iclasda 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri müzakirə olunub. BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Apellyasiya komissiyasının sədri Elşad Qurbanov, İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova sessiyanın nəticələri ilə bağlı məruzə ediblər. Bildirilib ki, qış imtahan sessiyasında ümumilikdə 24 mindən çox tələbə iştirak edib. Bakalavriat səviyyəsi üzrə 19 mindən çox, magistratura səviyyəsi üzrə 2100, Qazax filialı üzrə 1730, “SABAH” qrupları üzrə 860 nəfər imtahan verib. İmtahan sessiyası ərzində Apellyasiya komissiyasına və “Qaynar xətt”ə daxil olan müraciətlər operativ qaydada araşdırılaraq cavablandırılıb. İmtahan qaydalarının pozulması halları ötən ilə nisbətən 43 faiz azalıb.

Beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov 2023-cü ildə BDU-nun beynəlxalq əməkdaşlıq əlaqələri haqqında hesabat verib.

İclasda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar BDU-nun tədbirlər planı təsdiqlənib. Daha sonra cari məsələlərə baxılıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts