BDU-da konfrans: Müasir Azərbaycan mediası – peşəkarlıq standartları və yeni trendlər

Tokio, 4 iyul , /AJMEDIA/

İyulun 4-də Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan mediası – peşəkarlıq standartları və yeni trendlər” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AJMEDIA xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev “Heydər Əliyev İli” çərçivəsində universitetdə keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, Ulu Öndərin məzunu olması ilə fəxr etdiyi, diqqət və qayğısını əsirgəmədiyi Bakı Dövlət Universitetində onun 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər – konfranslar, mühazirələr, görüşlər keçirilir, kitablar nəşr olunur, müsabiqələr təşkil edilir. Bugünkü konfrans da Bakı Dövlət Universitetinin Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planına müvafiq olaraq keçirilən növbəti tədbirlərdən biridir.
Rektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi ölkə mediasının da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması, təhlükəsizliyin təmini, sosial-iqtisadi problemlərin tədricən yoluna qoyulması söz, fikir azadlığının qorunması sahəsində irəliləyişə zəmin yaratdı. Eyni zamanda, media fəaliyyətinin əsaslandığı qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlər mətbuatın, bütövlükdə medianın inkişafına yol açdı.
Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuata ayrıca diqqət yetirildi. Bununla da Azərbaycanda mətbuatın inkişafına əngəl yaradan bir sıra bürokratik maneələr aradan qaldırıldı.
Ulu Öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, habelə müvafiq struktur islahatları aparıldı. Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları ləğv edildi.
Vurğulanıb ki, xronologiyanı izlədikcə Azərbaycan mediasının inkişafına doğru atılan addımların bu sahədə pillə-pillə irəliləyişə səbəb olduğunu müşahidə etmək mümkündür. Bu gün Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Azərbaycan Mətbuat Şurası kimi qurumların fəaliyyəti media siyasətinin məntiqi davamı və nəticəsidir.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “BDU-nun dünya şöhrətli məzunu” adlı videoçarx nümayiş olunub.
Sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts