BDU-da “Keçmişdən gələcəyə: Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda dəyirmi masa

Tokio, 2 aprel , /AJMEDIA/

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının İstanbul Aydın Universiteti və Bursa Uludağ Universitetinin Beynəlxalq münasibətlər bölməsi, Siyasi tarix kafedrası və Diplomatiya Araşdırmaları Dərnəyinin birgə təşkilatçılığı ilə “Keçmişdən gələcəyə: Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AJMEDIA-ya BDU-dan məlumat verilib. Bildirilib ki, onlayn tədbirdə kafedranın dosenti Nazim İbadov çıxış edib. O vurğulayıb ki, bütün dünyaya nümunə olan Türkiyə-Azərbaycan münasibətləri daha sürətlə inkişaf edir.

Milli Məclisin deputatı professor Hikmət Babaoğlu Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi ilə Böyük Zəfər qazandığımızı vurğulayıb.

İstanbul Aydın Universitetinin professoru Ragip Kutay Karaca İkinci Dünya müharibəsindən sonra birqütblü dünyanın yeritdiyi siyasət, soyuq müharibədən sonra dünya düzəninin dəyişməsi barədə məlumat verib. O, Şuşa Bəyannaməsinin böyük strateji əhəmiyyət daşıdığını deyib.

Bursa Uludağ Universitetinin professoru Barış Özdal dövlətlərarası münasibətlərdə mənəvi amillərin rolundan bəhs edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts