Baş nazirin müavini Əli Əhmədov Monteneqronun əmək və sosial rifah naziri ilə görüşüb

Tokio, 2 mart , /AJMEDIA/

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov martın 2-də Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviç ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verilib.
Söhbət zamanı, həmçinin Azərbaycan ilə Monteneqro arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts