Baş nazir Əli Əsədov Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb

Tokio, 8 mart , /AJMEDIA/

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini xanım Xuon Sudari ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün mühüm platforma kimi səciyyələndirilib.
Azərbaycan ilə Kamboca arasında yaxın siyasi əlaqələrin mövcud olduğu bildirilib, iqtisadi, humanitar və digər sahələrdə də münasibətlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan-Kamboca əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts