Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib

Tokio, 2 avqust , /AJMEDIA/

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Baş nazir Ə.Əsədov İranda baş vermiş təbii fəlakət nəticəsində böyük insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirib, faciə ilə əlaqədar M.Moxberə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts