BANM-də Yaponiya şirkətinin keçirdiyi təlimlərin iştirakçılarına sertifikatlar verilib

Tokio, 8 yanvar , /AJMEDIA/

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Yaponiyanın INPEX şirkəti tərəfindən keçirilən təlimlər başa çatıb və iştirakçılara sertifikatlar təqdim olunub.

Bu barədə AJMEDIA-ya BANM-dən məlumat verilib.

SOCAR və INPEX şirkəti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində keçirilən təlimlər “Geostatistik modelləşmə” və “Kompozit lay simulyasiyası” mövzularını əhatə edib. “Geostatistik modelləşmə” təliminə 19 nəfər, “Kompozit lay simulyasiyası” təliminə 7 nəfər olmaqla, ümumilikdə SOCAR-ın 26 əməkdaşı qatılıb. Həmçinin hər iki təlimdə INPEX şirkətinin 7 nümayəndəsi təlimçi və təşkilatçı olaraq iştirak edib.

Sertifikatların təqdim olunması tədbirində çıxış edən Bakı Ali Neft Məktəbinin tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova təlimlərin əhəmiyyətini vurğulayıb. O, təlimlərin iştirakçılar üçün faydalı olduğuna, onların burada öyrəndikləri bilikləri uğurla tətbiq edəcəklərinə əminliyini ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts