“Baku Skills” müsabiqəsinə qeydiyyat bu gün başa çatır

Tokio, 28 fevral, /AJMEDIA/

Türkiyənin ən böyük texnologiya festivalı olan “TEKNOFEST” əsasında “TEKNOFEST Azərbaycan” festivalı təşkil olunacaq. “TEKNOFEST Azərbaycan” tədbiri çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqəyə qeydiyyat fevralın 28-də başa çatır.

Bu barədə AJMEDIA-ya Təhsil İnstitutundan bildirilib. Qeyd edək ki, “Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. “Baku Skills” (3D modelləşmə, 3D çap) kateqoriyası üzrə yarışmada iştirak etmək hüququ qazanan komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Qalib komandalar və onların rəhbərləri üçün pul mükafatları nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts