Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək avtomobil yolunun tikintisinə 1,4 milyon manat ayrılıb

Tokio, 4 iyul , /AJMEDIA/

Prezident İlham Əliyev iyulun 4-də “Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AJMEDIA xəbər verir ki, Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts