Bakı şəhərində “İndoneziya günü” qeyd olunub

Tokio, 21 noyabr , /AJMEDIA/

Anqklunq, talemponq və sapenin sədaları, musiqi qrupunun canlı ifaları və rəqqasların rəvan hərəkətləri Bakı şəhərinin Fəvvarələr meydanını dolduran yüzlərlə azərbaycanlını iqtisadiyyat və incəsənətin təşviqinə həsr olunmuş “İndoneziya günü” adlı tədbirin şahidi olmaq üçün özünə cəlb edib.
AJMEDIA xəbər verir ki, noyabr ayında Bakı şəhərində hava soyuq olsa da, bu, ziyarətçilərin ənənəvi İndoneziya musiqi və rəqslərindən həzz almaq, eləcə də çadırlarda mövcud olan müxtəlif növ bu ölkə mətbəxinin nümunələrini və içkilərini dadmaq həvəsini azaltmayıb.
İndoneziya səfiri Hildi Hamid açılış nitqi ilə çıxış edərək bildirib ki, səfirlik tərəfindən paytaxt Bakının mərkəzində keçirilən “İndoneziya günü” adlı tədbir bu ölkənin incəsənət və mədəniyyətinin müxtəlifliyini, eləcə də məhsullarını Azərbaycan xalqına nümayiş etdirmək cəhdidir.
Tədbir çərçivəsində İndoneziya milli musiqi alətləri vasitəsilə hər kəsin sevdiyi məşhur Azərbaycan musiqiləri, eləcə də musiqi qrupunun canlı çıxışları təqdim edilib.
Bundan əlavə, səfirliyinin əməkdaşları və İndoneziya incəsənəti və mədəniyyəti üzrə təqaüd proqramının (BSBI) məzunları tərəfindən “jaipong, enggang, ondel-ondel və indanq rəqsləri” gözəl və enerjili şəkildə təqdim edilib.
Müxtəlif ənənəvi musiqi və rəqslərdən əlavə, ziyarətçilər çıxışları izləyərkən “bakso, qızardılmış əriştə, satay padanq, rendanq və mendoan tempeh, dadar qulunq, risol və onde-onde” kimi ənənəvi İndoneziya təamlarını dadmaq imkanı əldə ediblər.
Aparıcının İndoneziya haqqında suallarını cavablandıran tamaşaçılar interaktiv oyunlarda da fəal iştirak ediblər. Düzgün cavab verən iştirakçılar maraqlı İndoneziya suvenirlərindən ibarət hədiyyə çantaları əldə ediblər.
Həmçinin izləyicilərə bu ölkənin incəsənətini, mədəniyyətini və iqtisadiyyatını təbliğ edən tədbir zamanı İndoneziyaya məxsus müxtəlif əl işləri və batik parçalar, toxuculuq nümunələri, ənənəvi geyimlər və müxtəlif bölgələrdən suvenirlər də nümayiş etdirilib.
Təxminən 5 saat davam edən tədbirin sonunda tamaşaçılar “sajojo” və “gemu famire” rəqsini birgə ifa etməyə dəvət olunublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts