Bəzi Bakıətrafı ərazilərdə hava yağıntılı olacaq

Tokio, 25 yanvar , /AJMEDIA/

Azərbaycanda yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3°, gündüz 5-8° isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 9-14°, gündüz 1-6° şaxta olacağı bildirilir.

Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts