AzTU: “Radiotexnikanın müasir problemləri” mövzusunda elmi-texniki konfrans keçiriləcək

Tokio, 12 Sentyabr, /AJMEDIA/

Oktyabrın 5-dən 7-dək Azərbaycan Texniki Universitetində (AzTU) radiotexnika ixtisası üzrə mühəndis kadrların hazırlanmasının 60 illiyi münasibətilə “Radiotexnikanın müasir problemləri” mövzusunda elmi-texniki konfrans keçiriləcək.

AzTU-dan AJMEDIA-ya bildiriblər ki, tədbirin məqsədi radiotexnikanın müasir problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və respublikada bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirməkdir.

Konfransın praktiki əhəmiyyəti radiotexnika və digər uyğun sahələrin daha da inkişaf etdirilməsinə dair elmi nəticə və təkliflərin ümumiləşdirilərək istehsalata tövsiyə edilməsindən, alimlərin fəaliyyətinin koordinasiya edilməsindən, gələcəkdə təcrübə mübadiləsi məqsədilə yeni elmi əlaqələrin qurulmasından ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts