AZƏRTAC Avropa Xəbər Agentlikləri Alyansının illik konfransında iştirak edir

Tokio, 5 may , /AJMEDIA/

Brüsseldə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransı öz işinə başlayıb.
AJMEDIA xəbər verir ki, konfrans Belçikanın “Belga” informasiya agentliyinin təşkilati dəstəyi ilə keçirilir.
Tədbirdə 2008-ci ildən bəri təşkilata üzv olan AZƏRTAC da iştirak edir.
Qeyd edək ki, EANA 1956-cı ildə Strasburqda təsis edilib. Dünya informasiya siyasətinə böyük təsiri olan bu media təşkilatı öz sıralarında Avropanın 32 qabaqcıl xəbər agentliyini birləşdirir. “France Press” (Fransa), “Press Associated” (Böyük Britaniya) , “Anadolu” (Türkiyə), APA (Avstriya), DPA (Almaniya), EFE (İspaniya) və digər informasiya agentlikləri bu təşkilatın üzvüdür. Postsovet ölkələri arasında yalnız AZƏRTAC, TASS (üzvlüyü müvəqqəti dayandırılıb) və “Ukrinform” EANA-ya daxil olub.
Bu gün keçirilən konfransın mövzusu “Süni intellekt dövründə xəbər agentlikləri üçün kopirayt məsələləri”dir.
Konfransın yekunlarına dair əlavə məlumat veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts