Azərbaycanlı tələbənin layihəsi Koreyada süni intellekt yarışında qalib olub

Tokio, 30 dekabr, /AJMEDIA/

Azərbaycanlı tələbə – Ramil Babazadənin layihəsi Koreya Respublikasında “Daewoong” fondunun dəstəyi ilə keçirilən “Hackathon” yarışında qalib olub. Yarışa bu ölkədə təhsil alan tələbələrdən ibarət 11 komanda qatılıb. Tələbələr süni intellekt sahəsində ideyalarını irəli sürüblər.

AJMEDIA xəbər verir ki, Ramil Babazadə öz komanda yoldaşı ilə yarışda “Dərman-zülal qarşılıqlı əlaqəsinin süni intellekt modeli ilə proqnozlaşdırılması” layihəsi ilə çıxış edib. Yarışa tailandlı mentoru ilə birlikdə qatılan Ramil bu yarışda birincilik qazanıb.

Qeyd edək ki, Ramil Babazadə 2017-ci ildə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb. O, hazırda Cənubi Koreyanın KAIST Universitetində kimya və kompüter elmləri üzrə 4-cü kursda təhsil alır. Eyni zamanda, Bakıdakı olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə olimpiada qruplarında onlayn dərs keçir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts