Azərbaycanlı gənclər BMT-nin Tbilisidəki ofisi qarşısında etiraz aksiyası keçiriblər

Tokio, 27 dekabr , /AJMEDIA/

Bu gün Gürcüstanda azərbaycanlı gənclər erməni separatçılarının Azərbaycanın Qarabağ iqtisadi zonasının Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarına etiraz məqsədilə “Stop armenian ecocide” adlı aksiya keçiriblər.
AJMEDIA xəbər verir ki, BMT-nin Tbilisidəki nümayəndəliyi qarşısında təşkil olunan aksiya Marneulidə fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkilatçılığı, “Alyans” Gənclər Mərkəzinin və Marneulidəki “Çay Evi”nin dəstəyi ilə reallaşıb.
Aksiyada 150-dən çox gənc iştirak edib.
Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını və müxtəlif plakatlar tutmuş aksiya iştirakçıları “Ətraf mühitin terroruna yox!”, “Ekoloji terrorizmə son!”, “Ermənistan tərəfindən törədilən ekoterroruna son!”, “Erməni separatistlərinin qanunsuz fəaliyyətinə son!”, “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!” şüarlarını səsləndirilib, onlar BMT və digər beynəlxalq təşkilatlardan erməni vəhşiliyinə son qoymağı tələb ediblər.
“Azərbaycan evi”nin icraçı direktoru Məhəbbət İmanov, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, “Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova və başqaları çıxış edərək erməni separatçılarının Qarabağda törədikləri vəhşiliklərdən danışıblar.
Sonra aksiya iştirakçıları bəyanat yayıblar.
Bəyanat BMT-nin Tbilisidəki nümayəndəliyinə təqdim olunub.
Aksiya dinc şəkildə keçirilib və heç bir qarşıdurma olmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts