Azərbaycanlı alimin Pakistanda elmi məqaləsi dərc olunub

Tokio, 10Dekabr, /AJMEDIA/

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Pakistan sosial elmlər” jurnalında ikinci məqaləsi dərc olunub.

AJMEDIA xəbər verir ki, “Heydər Əliyev siyasi kursunun təntənəsi: Böyük inamın təsdiqi” (Treumph of Heydar Aliyev Political Course: Confirmation Of Great Faith) sərlövhəli məqalədə Azərbaycanın 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarının 44 gün ərzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edilməsindən, ulu öndər Heydər Əliyevin Qarabağ probleminin həlli üçün böyük səylərindən və Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycana mənəvi dəstəyindən, bu ölkələrlə davam edən dostluq, əməkdaşlıq əlaqələrindən bəhs olunur.

Qeyd edək ki, bu yazı alimin Pakistanın nüfuzlu elmi jurnallarında dərc olunan 3-cü məqaləsidir. Daha əvvəl onun “Azərbaycan-Pakistan münasibətləri İslam həmrəyliyi və mədəniyyətlərarası dialoq kontekstində” məqaləsi də “Pakistan sosial elmlər” jurnalında dərc olunub. Pakistanın “JASSP” jurnalı isə Xatirə Quliyevanın “Dünya süni intellekt sisteminin inkişafında Lütfi Zadə fenomeni” sərlövhəli məqaləsini 2021-ci ilin altıncı nömrəsində dərc edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts