Azərbaycanla Mərakeş arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb

Tokio, 20 mart , /AJMEDIA/

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovla Mərakeş Parlamentinin Müşavirlər Palatasının sədri Enaam Mayara arasında görüş keçirilib.

Səfirlikdən AJMEDIA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Mərakeş arasında parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanın ötən ilin dekabrında Mərakeşə səfəri xatırlanmış, iki ölkə arasında mövcud dostluq münasibətləri xüsusi olaraq vurğulanmışdı. Səfir Azərbaycan tərəfinin Mərakeş Parlamentinin Palata sədrini ölkəmizə səfərə dəvət etdiyini həmsöhbətin diqqətinə çatdırmış, bu xüsusda cari ilin mayında Azərbaycanın ev sahibliyi edəcəyi 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakla bağlı dəvət məktubunu E.Mayaraya təqdim etmişdir. Bu səfərin ölkələr arasında parlament sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə edilmişdi.

Görüşdə, həmçinin Müşavirlər Palatası nəzdində Mərakeş-Azərbaycan dostluq qrupunun yaradılması, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıq kimi məsələlərə dair müzakirələr aparılıb. Bununla yanaşı, E.Mayaranın Mərakeş Həmkarlar İttifaqının prezidenti olduğunu nəzərə alaraq, iki ölkənin Həmkarlar İttifaqları arasında təmasların qurulması və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi də aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts