Azərbaycanın xarici işlər naziri Avstriyaya işgüzar səfərə yola düşüb

Tokio, 18 yanvar, /AJMEDIA/

Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfərə yola düşüb.

AJMEDIA xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts