Azərbaycanın bir sıra ali məktəbləri Litva universitetləri ilə əməkdaşlıq edir

Tokio, 26 may , /AJMEDIA/

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 43.2-ci maddəsinə əsasən təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər. Hazırda Elm və Təhsil Nazirliyində olan məlumata əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universitetinin Litva universitetləri ilə ikitərəfli əməkdaşlığı mövcuddur.
Bu barədə AJMEDIA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, bundan başqa 2022-ci il mayın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Litva şairi, yazıçı və dramaturqu, 1919-1920-ci illərdə ölkəsinin Bakıda ilk konsulu olmuş Vintsas Kreve Mitskəviçyus adına auditoriya və barelyefin açılış mərasimi keçirilib.
Qeyd edək ki, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts