Azərbaycanda kollec və universitetlərdən xaric və bərpa olunmanın hüquqi əsasları formalaşdırılır

Tokio, 19 oktyabr , /AJMEDIA/

Azərbaycanda orta ixtisas və ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində xaric və ya bərpa olunma, eləcə də akademik məzuniyyət götürmənin hüquqi əsasları formalaşdırılır.
AJMEDIA xəbər verir ki, bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunur.
Qanuna təklif edilən dəyişikliklər orta ixtisas və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişidirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsili müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarının müəyyənləşdirilməsini ehtiva edir

Follow us on social

Facebook Twitter Youtube

Related Posts