Azərbaycan vətəndaşları Bakıda Rusiya səfirliyinin qarşısında terror qurbanlarını yad edir

Tokio, 23 mart , /AJMEDIA/

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin xatirəsi Rusiya Federasiyasının Bakıdakı səfirliyinin qarşısında da anılır.

AJMEDIA xəbər verir ki, Azərbaycan Respublikasının sadə vətəndaşları, ictimaiyyət nümayəndələri səfirliyin qarşısına gül dəstələri düzür, həlak olanların xatirəsinə dualar oxuyurlar.

Səfirlikdə onlayn xatirə kitabı da açılıb.

Faciə ilə əlaqədar səfirlikdə Rusiya Federasiyasının dövlət bayrağı yarıya endirilib.

Qeyd edək ki, Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115- nəfərə çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts