Azərbaycan və Yaponiya arasında elmi əməkdaşlığın perspektivləri müzakirə olunub

Tokio, 5 may , /AJMEDIA/

Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Yaponiyanın xarici işlər nazirinin Parlamentar müavini xanım Yoşikava Yuumin və Yaponiyadan gələn nümayəndə heyəti ilə görüş keçirilib.
AJMEDIA xəbər verir ki, əvvəlcə ADU-nun rektoru akademik Kamal Abdulla qonaqlara universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib.
Daha sonra ADU-da fəaliyyət göstərən Yapon dili otağına baxış keçirilib. Qonaqlar Yapon dili kompüter otağı ilə tanış olublar.
Diqqətə çatdırılıb ki, Yaponiya Araşdırmalar Mərkəzi ADU-nun nəzdində 2012-ci ildən fəaliyyət göstərir. Mərkəzin əsas vəzifəsi öz fəaliyyətinin əsas istiqamətlərinə uyğun olaraq yapon dili və mədəniyyətinin tədrisi və təbliğidir. Eyni zamanda, Azərbaycanda yaponşünaslığı inkişaf etdirmək, iki ölkə arasında münasibətləri möhkəmləndirməkdir.
Daha sonra Yapon dilini öyrənən tələbələrlə görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Yaponiya arasında elmi əməkdaşlığın perspektivləri və yeni layihələrin həyata keçirilməsi istiqamətində görülən işlər barəsində danışılıb.
Sonda qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts