Azərbaycan Ümumdünya Çin Dili Konfransında təmsil olunub

Tokio, 14 dekabr , /AJMEDIA/

Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Vüqar Mehrabovun rəhbərlik etdiyi nümayəndə heyəti Pekində keçirilən Ümumdünya Çin Dili Konfransında iştirak edib.

ADU-dan AJMEDIA-ya bildirilib ki, dünyanın 100-dən çox ölkəsindən iştirakçıları bir araya gətirən konfrans Çin Xalq Respublikasının Təhsil Nazirliyi, Dil Mübadiləsi və Əməkdaşlıq Mərkəzi, Xaricdə Çin Dilinin Öyrənilməsinə Dəstək Çin Fondu və Çin Dilinin Tədrisi üzrə Dünya Assosiasiyasının təşkilatçılığı ilə reallaşıb. Konfransın əsas məqsədi beynəlxalq təhsil əlaqələrinin intensivləşdirilməsi, Çin dilinin tədrisində qabaqcıl təcrübənin öyrənilməsi, birgə innovativ proqramların işlənib hazırlanması, elmi və tədris işlərinin istiqamətlərinin müəyyən edilməsi olub.

Konfutsi İnstitutunun koordinasiyalı və rəqəmsal inkişafı, innovativ tədris modellərindən istifadə, Çin dili təhsilinin intellektual transformasiyası məsələlərinin müzakirə edildiyi “Konfutsi İnstitutu – Çin təhsilinin aparıcı beynəlxalq brendi” adlı ixtisaslaşdırılmış forumda ADU-nun Konfutsi İnstitutunun direktorları Rafiq Abbasov və Li Jihua da iştirak ediblər.

R.Abbasovun qeyd etdiyi kimi, bu gün Konfutsi institutları təkcə təhsil və mədəniyyət mərkəzləri kimi deyil, həm də müasir Çinin siyasi və sosial-iqtisadi inkişafının öyrənilməsi üçün tədqiqat mərkəzləri kimi fəaliyyət göstərir. Eyni zamanda, iqtisadiyyat və ənənəvi Çin təbabəti sahəsində ixtisaslaşmış Konfutsi İnstitutunun şəbəkəsi genişlənməkdədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts