Azərbaycan TALIS tədqiqatında əsas mərhələni yüksək iştirakla tamamlayan ilk ölkə olub

Tokio, 13 mart , /AJMEDIA/

Öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğu olan TALIS 2024–ün əsas mərhələsi uğurla tamamlanıb. Tədqiqat Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, əsas mərhələ üzrə seçilən 222 məktəbdən ümumilikdə 4310 (98 faiz) müəllim və 222 (100 faizdirektor sorğunu tamamlayıb. Bu təhsil müəssisələrindən 199-u dövlət, 19-u özəldir, 4-ü isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tabedir. Bu göstəricilərin fonunda bildirmək olar ki, Azərbaycan TALIS tədqiqatında əsas mərhələni yüksək iştirakla tamamlayan ilk ölkə olub.

Xatırladaq ki, beynəlxalq tədqiqatın əsas mərhələsi üzrə məlumatların toplanması prosesinin cari ilin fevral ayının 1-dən başlayaraq martın 31-də tamamlanması planlaşdırılıb. Əsas mərhələdə ölkəmizdə 222 məktəb üzrə ümumilikdə 4000-dən çox müəllimin və 222 məktəb rəhbərinin iştirakı nəzərdə tutulub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmiz ilk dəfə iştirak edir. Tədqiqat müəllimlərin və məktəb rəhbərlərinin bir çox istiqamət üzrə fikir və baxışlarını öyrənməyi hədəfləyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts