Azərbaycan Prezidentinin Soçi səfəri və burada apardığı müzakirələr Yaponiya mediasının da diqqətindədir

Tokio, 2 noyabr , /AJMEDIA/

Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə işgüzar səfəri zamanı Rusiya və Ermənistan liderləri ilə görüşü, apardığı müzakirələr Yaponiya mediasının da diqqət mərkəzindədir.
AJMEDIA xəbər verir ki, nüfuzlu JIJI PRESS agentliyi, “ajmedia.jp” portalı, “news.livedoor.com” və “msn.com” saytlarının yapon və ingilis dilində yaydıqları məlumatlarda Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə əlaqədar təklif etdiyi 5 əsas prinsipi xatırlatdığı qeyd edilib.
Bildirilib ki, bu təkliflər beynəlxalq hüququn fundamental prinsipləri əsasında irəli sürülüb. Məlumatlarda Azərbaycan Prezidentinin iki dövlət arasında münasibətlərin normallaşmasının yalnız bu prinsiplər əsasında mümkünlüyünü vurğuladığı qeyd olunub.
Yaponiya ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamənin çoxillik münaqişəyə son qoyduğunu, hazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkət etmək vaxtının yetişdiyini qeyd edib. Qarabağ münaqişəsinin artıq tarixə qovuşması barədə Azərbaycan Prezidentinin fikri də məlumatlarda əksini tapıb.
Soçidə keçirilən görüşlərin yekununa dair Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Bəyanatının yapon dilində tam mətni “ajmedia.jp” portalı tərəfindən yapon izləyicilərə təqdim olunub. Sənəddə qeyd olunub ki, görüş zamanı bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılıq əldə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts