Azərbaycan məktəbliləri beynəlxalq elm olimpiadasında 6 medal qazanıblar

Tokio, 13 dekabr , /AJMEDIA/

Kolumbiyanın Boqota şəhərində Yeniyetmələrin 19-cu Beynəlxalq Elm Olimpiadası (IJSO 2022) keçirilib.
Elm və Təhsil Nazirliyindən AJMEDIA-ya bildirilib ki, olimpiadada ölkəmizi təmsil edən komandanın bütün üzvləri uğurlu nəticə göstəriblər. Komandamız 2 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Komandanın üzvlərindən İbrahim Valehli (Kaspi liseyi) və Sadiq Manafov (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi) gümüş medal qazanıb. Digər üzvlər – Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Selcan Şəfizadə, Kimya, biologiya təmayüllü respublika liseyindən Aydan Qəmbərova, Murad Xəlilzadə və Rəsul Ağakişiyev bürünc medala layiq görülüblər.
Olimpiada qapalı test, nəzəri və laboratoriya mərhələlərindən ibarət olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts