Azərbaycan aliminin monoqrafiyası Almaniyada altı dildə çap olunub

Tokio, 12 dekabr , /AJMEDIA/

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının dosenti, fəlsəfə elmləri doktoru Müslüm Nəzərovun “Postsənaye cəmiyyətində elm və təhsilin fəlsəfi problemləri” adlı monoqrafiyası Almaniyanın LAP Lambert Akademik Nəşriyyatı tərəfindən ingilis, alman, italyan, portuqal, fransız və rus dillərində nəşr olunub.

Bu barədə AJMEDIA-ya universitetdən məlumat verilib.

Monoqrafiyada sosial-fəlsəfi və pedaqoji proses kimi təhsilin mahiyyəti və formalarından, müasir təhsil modellərindən, təhsilin sosial əsaslarından və sosial inkişafının xüsusiyyətlərindən, postsənaye cəmiyyətində təhsil mədəniyyətinin formalaşmasından, təhsilin müasir fəlsəfi problemləri, cəmiyyətin və təhsilin inkişaf amillərindən bəhs edilir.

Kitab müəllimlər, magistrantlar, doktorantlar və tədqiqatçılar üçün nəzərdə tutulub.

Daha əvvəl müəllifin bir neçə əsəri Azərbaycanda və xarici ölkələrdə nəşr olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts