Aşqarlar Kimyası İnstitutunda Türkiyə universitetləri ilə birgə beynəlxalq tədqiqatlar aparılır

Tokio, 19 Oktyabr, /AJMEDIA/

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda dünya elmində ən müasir və aktual tədqiqatlardan sayılan “Molekulyar dokinq” mövzusunda seminar keçirilib.

Bu barədə AJMEDIA-ya AKİ-dən məlumat verilib.

Seminarı açan institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev məlumat verib ki, tədqiqatlar beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyənin Sinop, Mərmərə və Bartin universitetlərindən olan aparıcı alimlərlə müştərək yerinə yetirilib. Bu tədqiqatlar Azərbaycanda ilk dəfə aparılmaqla, fundamental nöqteyi-nəzərdən çox mühüm nəticələr əldə olunub. Nəticələr nüfuzlu xarici jurnallarda məqalə şəklində dərc edilib və onlara qısa müddətdə çoxlu istinadlar olub.

Sonra institutun kiçik elmi işçisi Mənsurə Hüseynovanın məruzəsi dinlənilib. O, laboratoriya şəraitində sintez etdiyi yeni inhibitorlar kimi metal komplekslərin quruluşunun müfəssəl rentgen tədqiqatları, onların patoloji proseslərə qarşı enzim-izoenzim inhibitorların bioloji fəallıqlarından bəhs edib.

Seminarın mövzusu ətrafında müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts