Aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş oçerk kitabxanaya təqdim olundu

Tokio, 4 aprel , /AJMEDIA/

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Tarixə Dördgünlük müharibə kimi düşən Aprel döyüşləri – böyük zəfərin başlanğıcı oldu.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, igid, qorxmaz Vətən oğullarının qələbə əzmini göstərdi. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB və AJB-nin üzvü, yazıçı-publisist, şair Gülarə Munis kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə Aprel döyüşlərinin qəhrəmanlarına həsr etdiyi oçerki təqdim etdi.
“Aprel şəhidləri: Mahirlər…” adlı oçerkdə Aprel döyüşlərinin şəhidləri Quliyev Mahir Qədir oğlu və Mirzəyev Mahir Sabir oğlu haqqında məlumatlar verilir. Atalarının qoyduğu adlara layiq olan Mahirlərin həyatı, keçdiyi döyüş yolu haqqında söhbət açan müəllif Mahirlərini Vətənə qurban verən iki ailənin dərd ortağına çevrilir, onlara təsəlli olur…

Follow us on social

Facebook Twitter Youtube

Related Posts