Antoniu Quterreş: Yaşlı insanlar bilik, təcrübə və kollektiv tərəqqi üçün zəngin töhfə mənbəyidir

Tokio, 1 Oktyabr, /AJMEDIA/

“Bütün yaşlarda rəqəmsal bərabərlik” builki Beynəlxalq Ahıllar Gününün mövzusudur və cəmiyyətin inkişafı naminə müxtəlif nəsillərin nümayəndələrinə yaradılan imkanları genişləndirmək üçün mühüm şansdır.

AJMEDIA xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş oktyabrın 1-də qeyd edilən Beynəlxalq Ahıllar Günü ilə bağlı müraciətində deyib.

Baş katibin müraciətində deyilir: “Pandemiya zamanı daha çox ahıllar təcrid olundular. Digər tərəfdən, artmaqda olan kibercinayət təhlükəsindən yaşlıların zərərçəkmə riski daha yüksəkdir. Ahılları hədəfə alan vicdansız cinayətkarları məsuliyyətə cəlb etmək üçün bütün mümkün tədbirləri görməklə yanaşı, onların müdafiəsini və rifahını təmin etmək məqsədilə bu insanların rəqəmsal bacarıqlarını gücləndirmək istiqamətində çalışmalıyıq.

Yaşlı insanlar təkcə həssas əhali qrupu deyil, onlar, həmçinin bilik, təcrübə və kollektiv tərəqqi üçün zəngin töhfə mənbəyidirlər. Ahıllar yeni texnologiyaya çıxış əldə etməklə, onu öyrənə və istifadə edə bilsələr, yoxsulluğu aradan qaldırmaq və planeti qorumaq, habelə 2030-cu ilə qədər bütün insanlara sağlamlıq, sülh və firavanlığı təmin etmək üçün qlobal çağırışımız olan Davamlı İnkişaf Məqsədlərinə nail olmağımıza öz töhfələrini verəcəklər.

Builki Beynəlxalq Ahıllar Günündə yaşından asılı olmayaraq hər kəsi rəqəmsal bərabərliyə nail olmaq üçün daha inklüziv siyasət, strategiya və fəaliyyətləri həyata keçirməyə çağırıram”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts