ANAMA: Ötən həftə 185 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tokio, 28 Sentyabr, /AJMEDIA/

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AJMEDIA-ya bildiriblər ki, sentyabrın 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 72, tank əleyhinə 6 mina və 121 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 185 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts