“Anadolu bəbiri” 12-ci Pekin Beynəlxalq Film Festivalında

Tokio, 15 avqust , /AJMEDIA/

Rejissor Emrə Kayışın 2021-ci ildə çəkdiyi “Anadolu bəbiri” filmi, 12-ci Pekin Beynəlxalq Film Festivalının müsabiqə bölməsinin seçimində iştirak edib.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, dünən axşam açılışı olan festivalda 14 ölkədən 16 film, “Tientan” (Göy məbədi) mükafatları uğrunda mübarizə aparacaq. Yarışma bölməsində yer alan “Anadolu bəbiri” avqustun 14, 16 və 20-də şəhərin üç fərqli kinoteatrında nümayiş olunacaq. Müsabiqə kataloqunun üst hissəsində təqdim olunan, Çinin Sinxua informasiya agentliyinin festivalla bağlı xəbərlərində yer alan film, güclü namizədlər sırasında görünür.
Çinli aktyor Li Şuecienin sədrlik etdiyi 7 nəfərlik münsiflər heyəti, “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “İncəsənətə töhfə”, “Ən yaxşı aktyor”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator işi” və “Ən yaxşı musiqi” və sair kateqoriyaları üzrə seçimlər edəcəklər. Mükafatlar avqustun 20-də keçiriləcək mərasimdə öz sahiblərini tapacaq. Uğur Polat və İpek Türktanın baş rollarda çəkildiyi film, Ankara zooparkının müdirinin, nəsli kəsilməkdə olduğu üçün qoruma altında saxlanılan Anadolu bəbirinin ölümünü gizlədərək zooparkın bağlanmasının qarşısını almaq üçün göstərdiyi səydən bəhs edir.
“Anadolu bəbiri” 2021-ci il Toronto Beynəlxalq Film Festivalında “Beynəlxalq Kino Tənqidçiləri Assosiasiyası (FIPRESCI) Mükafatı”, 2021-ci ildə Antalya Film Festivalında isə “Ən yaxşı ilk film mükafatı”nı qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts