AMEA və Özbəkistan İnnovativ İnkişaf Nazirliyi birgə müsabiqə elan edir

Tokio, 16 sentyabr , /AJMEDIA/

AMEA və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində iki ölkənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilir.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, müsabiqə üçün ərizə forması ilə AMEA-nın saytında tanış olmaq mümkündür.
Layihə təklifləri energetika və enerjiyə qənaət, tibb və tibbi texnologiyalar, farmasevtika və farmakologiya, nano- və biotexnologiyalar, kimya texnologiyaları, yeni materiallar, rəqəmsal iqtisadiyyat, ərzaq təhlükəsizliyi, aqrosənaye texnologiyaları, təbiətdən səmərəli istifadə, təbii fəlakətlərin qarşısının alınması və aradan qaldırılması, su resurslarının idarə edilməsi texnologiyaları, faydalı qazıntıların çıxarılması texnologiyaları, lazer texnologiyaları və fotonika, informasiya-kommunikasiya və fənlərarası texnologiyalar istiqamətləri üzrə təqdim edilə bilər.
Layihələrin icra müddəti 24 aya qədər ola bilər. Layihə təklifləri Özbəkistan və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.
Azərbaycan tərəfindən layihə rəhbəri təkliflərini 2022-ci il dekabrın 15-dək [email protected] ünvanına göndərməli, dekabrın 23-dək isə imzalanmış sənədləri AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə (İstiqlaliyyət küçəsi, 30, AZ1001, Bakı) təqdim etməlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts