AMEA-nın Naxçıvan Bölməsində ötən il 6 mühüm elmi nəticə əldə olunub

Tokio, 28 yanvar, /AJMEDIA/

AMEA-nın Naxçıvan Bölməsində 2021-ci ildə altı elmi istiqamətdə altı problemi əhatə edən, yeddi mövzuya daxil olan 37 işin 100 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub. 88 mərhələ üzrə tədqiqatlar tamamlanıb və 6 mühüm elmi nəticə əldə olunub. Dörd iş isə tətbiq edilib.

AJMEDIA xəbər verir ki, AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Rəyasət Heyətinin növbəti iclasında bölmənin sədri akademik İsmayıl Hacıyev söyləyib. Akademik vurğulayıb ki, bölmədə əsasən Naxçıvanın tarixi, etnoqrafiyası, epiqrafikası, arxeologiyası, maddi mədəniyyəti, ədəbi mühiti, folkloru və əlyazmalarının toplanılması və tədqiqi, o cümlədən təbii sərvətlərinin, ekocoğrafi şəraitinin, pоtensial enerji mənbələrinin, səma cisimlərinin, flоra, fauna, tоrpaq örtüyünün, iqtisadi inkişafının öyrənilməsi istiqamətində araşdırmalar aparılır. Eyni zamanda, Biləv alüminium süxurundan kalium alüminium zəyi alınıb, Qabıllı və Duzdağ gilindən yuyucu vasitələrin istehsalı üçün hazırlıq işləri aparılır, eləcə də “ZK-4 tipli seolitin alınma üsulu”, üzüm sortu “Bayanşirə süfrə” adlı iki patent və “At fiqurlu səki daşı” adlı bir sənaye nümunəsi təsdiq olunub.

İsmayıl Hacıyev bölmədə “Günəş çeviricilərində, çaylarda və külək qurğularında hasil olunan enerjinin toplanması (akkumulyasiya) növlərinin yerli şəraitə uyğun olaraq araşdırılması”, “Tranzit çayların qidalanma rejimi və onlara təsir edən parametrlər (iqlim şəraiti)”, o cümlədən Azərbaycanın ədəbi, tarixi, mədəni irsinin tədqiqi, Azərbaycan həqiqətlərinin təhrif olunmasına yönəlmiş saxta iddialara qarşı elmi əsaslandırılmış arqumentlərin işlənilməsi ilə bağlı tədqiqatların aparıldığını deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts