AMEA “Azeri National H-index Ranking-2023” reytinqində ilk sırada

Tokio, 21 aprel , /AJMEDIA/

“National H-index Ranking” tərəfindən 2023-cü ilin ikinci rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və universitetlərin Hirş indeksinə (H-index) görə reytinq sıralaması – “Azeri National H-index Ranking-2023” açıqlanıb. Reytinq siyahısı hazırlanarkən 20 mindən çox alim və mütəxəssisin profili, eləcə də 150 minə yaxın elmi nəşr təhlil olunub. “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə (H-index) görə, Azərbaycanın 83 elmi təşkilatının və universitetinin elmi fəaliyyəti analiz edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) milli H-indeksi (National H-index) 97 olmaqla ilk sırada qərarlaşıb.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın “Scopus” üzrə H-indeksi 132, “Web of Science” üzrə 126, “Google Scholar” üzrə isə 65-ə bərabər olub.
Siyahıda ilk onluqda Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Radiasiya Problemləri İnstitutu, Azərbaycan Tibb Universiteti və Kataliz və Qeyri-üzvi Kimya İnstitutu qərarlaşıb.
Sözügedən siyahı ilə AMEA- nın saytındakı link vasitəsilə tanış olmaq mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts