Aksiya iştirakçısı: Məqsədimiz təbii sərvətlərimizin ermənilər tərəfindən talanmasına etirazımızı bildirməkdir

Tokio, 17 dekabr , /AJMEDIA/

Aksiyanın ilk günündən Şuşa şəhərində gənclər təşkilatının və qeyri-hökumət təşkilatının nümayəndəsi olaraq buradayam. Artıq altı gündür ki, mübarizəmiz davam edir. Gənclər təşkilatı Azərbaycanın haqq mübarizəsinə fəal şəkildə dəstək verir. Xalqımıza məxsus olan təbii sərvətimiz olan yataqlar rus sülhməramlılarının müdafiə etdiyi ermənilər tərəfindən istismar olunur. Biz terrorun dayandırılması üçün ilk gündən mübarizə aparırıq. Azərbaycanda həyata keçirilən ekoloji terrora etiraz edirik.
Bunu AZƏRTAC-a müsahibəsində Şuşa-Laçın yolunda etiraz aksiyasında iştirak edən “Gənclərin Töhfəsi” İctimai Birliyinin baş katibi Taleh Mansurov deyib.
Aksiya iştirakçısı bildirib ki, xalqımızın sərvəti olan yataqlarımızın istismarı və ekoloji terror tam dayandırılanadək mübarizəmizi davam etdirəcəyik.
Biz heç nədən qorxmuruq. Çünki 44 günlük Vətən müharibəsinin qalib nümayəndələriyik. Azərbaycan xalqı qalib xalq, biz isə bu müzəffər xalqın vətəndaşlarıyıq. Odur ki, qarşımızda dayanan Rusiya sülhməramlılarından çəkinmirik. Məqsədimiz ermənilər tərəfindən xalqımıza məxsus təbii sərvətlərin talanması, oğurlanmasına etirazımızı çatdırmaqdır. Xalqımızın hüquqlarını bərpa olunmasıdır. Ölkəmizə məxsus yataqlarda azərbaycanlı alimlərin monitorinq keçirilməsinə dəstək verməkdir.
“Sülhməramlılar düşünürlər ki, əllərindəki iriçaplı silahlarla gözümüzü qorxuda bilərlər. Lakin biz gənclər xalqımızın tələbləri yerinə yetirilə qədər mübarizəmizdən dönməyəcəyik. Mübarizəmizin ilk günündən sülhməramlılar qarşımızda əli silahlı dayanıblar. Biz qorxmuruq, belə ki, mübarizəmiz sivil mübarizədir. Sadəcə mülki vətəndaş olaraq Azərbaycan xalqına məxsus yataqlarda onun hüquqlarının bərpa olunmasını istəyirik. Hazırda aksiya iştirakçıları bu istismarın dayandırılması üçün mübarizə aparır.
Xalqa məxsus yataqlarda azərbaycanlı monitorinq qrupunun həmin əraziyə getməsi təmin olunanadək mübarizəmiz davam edəcək.
Vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq hər zaman dövlətimizin və xalqımızın yanında olmuşuq, bundan sonra da olmağa davam edəcəyik. Bu haqq işində də vətəndaş cəmiyyətinin, gənclər təşkilatının nümayəndəsi kimi dəstək olmaq üçün Şuşadayıq. Bizim tələblərimiz açıq və aydındır. Azərbaycan monitorinq qrupuna tam təhlükəsiz şəkildə araşdırma aparılmasına şərait yaradılsın. Tələblərimiz yerinə yetirilənə qədər biz gecə-gündüz, qışda soyuqda olsa da buradayıq. Sülhməramlıların əlində iriçaplı silahlar ola bilər, ancaq biz sivil aksiya keçiririk. Əlində silah olan sülhməramlılarının məqsədinin də nə dərəcədə sülh olduğunu gözlərimizlə şahid oluruq”, – deyə Taleh Mansurov vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts