“Ailəm və məktəbim” layihəsinə start verilib

Tokio, 19 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Ailəm və məktəbim” layihəsinə start verilir.
Bu barədə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.
Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarların, “Hər şey övladımız üçün” başlığı altında tədbirlərin təşkili nəzərdə tutulur.
Eyni zamanda, “Valideynin məktəbdə bir günü” layihəsinin davam etdirilməsi, valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüş və sorğuların keçirilməsi planlaşdırılır.
Valideynlərin ixtisaslarına, iş sahələrinə uyğun olaraq həmin istiqamətlərə maraq göstərən şagirdlərlə görüşləri təşkil ediləcək.
Bundan əlavə, layihə çərçivəsində məktəb – ailə əməkdaşlığında fərqlənən ümumi təhsil müəssisələri və valideynlərin təltif olunması da nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts