ADU-da Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü qeyd olunub

Tokio, 29 sentyabr , /AJMEDIA/

Azərbaycan Dillər Universitetində (ADU) Türkiyə Cümhuriyyətinin yaranmasının 99 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
ADU-dan AJMEDIA-ya bildirilib ki, tədbirə Türkiyə Araşdırmaları Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov moderatorluq edib. Dəyirmi masada universitetin rektoru Xalq yazıçısı, akademik Kamal Abdulla Azərbaycan-Türkiyə elmi, mədəni əlaqələrindən bəhs edib.
Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Barış Sayqın çıxışında Azərbaycan-Türkiyə əlaqələrinin tarixindən və bugünkü dostluq və qardaşlıq münasibətlərindən danışıb.
Professor Solmaz Rüstəmova-Tohidinin “Türkiyə Cümhuriyyətinin 99 illiyi (tezislər)” və Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndanın “Milli mücadilə dövrü və M.K.Atatürk” mövzularında məruzələri dinlənilib.
Tədbirin sonunda Beynəlxalq münasibətlər fakültəsinin türkiyəşünaslıq ixtisası üzrə təhsil alan tələbələri “İstiqlal marşı”nı ifa ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts