ADPU-da yazıçı Varisin “Qırmızı ləçəklər” romanı müzakirə olunub

Tokio, 25 fevral , /AJMEDIA/

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) məşhur yazıçı Varis Yolçuyevlə tələbələrin görüşü keçirilib.

Universitetdən AJMEDIA-a bildirilib ki, görüş Gənclər Fondunun dəstəyi, Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyi və ADPU Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. Görüşdə yazıçının Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunan “Qırmızı ləçəklər” romanı müzakirə olunub.

Görüşdə Varis Yolçuyev müəllifi olduğu kitablar haqqında məlumat verib, öz uğur hekayəsini tələbələrlə bölüşüb. Daha sonra müəllif “Qırmızı ləçəklər” romanının süjet xəttindən, əsəri yazarkən keçirdiyi hisslərdən bəhs edib.

Tələbələri maraqlandıran sualları cavablandıran müəllif sonda kitablarını onlara hədiyyə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts