ADMİU-da ödənişli əsaslarla təkrar ali təhsil almaq imkanı

Tokio, 12 may , /AJMEDIA/

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 2023/2024-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün qəbul elan edir.
Bu barədə AJMEDIA-ya ADMİU-dan məlumat verilib. Bildirilib ki, qəbul aktyor sənəti, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist), dekorativ-tətbiqi sənət (bədii xalça, bədii toxuculuq), dizayn (geyim dizaynı, interyer dizaynı, qrafik dizayn), instrumental ifaçılıq (fortepiano, skripka), klarnet, saksofon, zərb alətləri), xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban), muzey, arxiv işi və abidələrin qorunması, operator sənəti, populyar musiqi və caz ifaçılığı (estrada sənəti), qrafika (kitab tərtibatı və illüstrasiyası, animasiya və kompüter qrafikası), rejissorluq, rəngkarlıq, sənətşünaslıq (sahələr üzrə), təsviri sənətin tarixi və nəzəriyyəsi, teatrşünaslıq, kinoşünaslıq, vokal sənəti (xanəndə), kitabxanaçılıq və informasiya fəaliyyəti, sosiologiya, sosial iş, turizm bələdçiliyi, turizm işinin təşkili ixtisasları üzrə aparılır.
Qeyd olunan ixtisaslar üzrə tədris əyani formada həyata keçiriləcək. ADMİU-da təkrar ali təhsilə sənəd qəbulu müraciət edənlər tərəfindən şəxsən təqdim edilməklə və ya elektron (skan edilmiş PDF formatında) qaydada [email protected] mail ünvanına göndərilməklə həyata keçirilir.
Sənədlərin qəbulu sentyabrın 5-dək aparılacaq.
Təkrar ali təhsil almaq istəyənlər aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
– Rektorun adına ərizə;
– Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti;
– 2023-cü ilin məzunları bakalavr səviyyəsinin bitirmə haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript;
– 2 ədəd fotoşəkil (3×4 sm JPEG formatında);
– Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd).
Təkrar ali təhsilə müraciət üçün ərizə formasını ADMİU-nun saytından yükləmək mümkündür.
Ərizə formasını ADMİU-nun saytındakı keçidə daxil olaraq yükləmək olar.
Respublika ərazisində tanınması barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39. [email protected]
Əlaqə nömrəsi: (012) 599-00-54; (+994)50 250-34-80

Follow us on social

Facebook Twitter Youtube

Related Posts