Məktəblilərimiz 56-cı Beynəlxalq Kimya Olimpiadasında 1 gümüş və 3 bürünc medal qazanıblar

Tokio, 30 iyul , /AJMEDIA/

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil olunmuş 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) məktəblilərimiz uğurla çıxış ediblər.

Elm və Təhsil Nazirliyindən AJMEDIA-ya bildirilib ki, 84 ölkə üzrə 297 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 3 bürünc medal qazanıb.

Sözügedən olimpiadada Türkiyə Dəyanət vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Səttar Şərifzadə gümüş medala, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Ümid Mustafazadə, həmçinin Türkiyə Dəyanət vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Nihad Hacızadə bürünc medala layiq görülüblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts