Tokio, 22 oktyabr , /AJMEDIA/
Xaçmaz rayonunun Mollabürhanlı kəndində yeni modul tipli məktəb binasının quraşdırılması işləri başa çatıb.
AJMEDIA xəbər verir ki, “Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən inşa olunan modul tipli məktəb 96 şagird yerlikdir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb artırılmasıdır.
Mollabürhanlı ilə yanaşı, Xaçmazın Şıxlar kəndində də 40 şagird yerlik yeni modul tipli məktəb binası quraşdırılıb. Bu günədək Xaçmaz rayonunun müxtəlif kəndlərində 23 yeni modul tipli məktəb binası inşa olunub.