Direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsi üzrə apellyasiya müraciətləri davam edir

Tokio, 5 avqust , /AJMEDIA/

Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu davam edir.
Elm və Təhsil Nazirliyindən AJMEDIA-ya bildirilib ki, uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçərək esse mərhələsi üzrə apellyasiya müraciəti edə bilərlər.
Müraciətlərin qəbulu avqustun 7-si saat 11:00-da başa çatacaq.
Xatırladaq ki, direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsində 50 faiz və daha yuxarı nəticə göstərən 274 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts