Sibirin əbədi buzlaqlarında 46 min il yatan soxulcanlar hərəkət ediblər

Tokio, 30 iyul , /AJMEDIA/

Beynəlxalq elmi tədqiqat qrupu bildirib ki, Sibirin əbədi buzlaqlarında tapılan yumru soxulcan növləri güman edildiyindən də yaşlıdır.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər bu soxulcanların oyanmasını müşahidə edib və onların rekord müddətdə – 46 min il ərzində anabioz vəziyyətində olduğu qənaətinə gəliblər. Bu kəşf canlıların ətraf mühitdə dəyişkənlik səbəbindən yaşadıqları mühitin dəyişməsinə necə adaptasiya olduğuna işıq salmağa kömək edəcək.
Almaniyadan və digər ölkələrdən olan alimlər qrupu öz tədqiqatlarının nəticələrini Birləşmiş Ştatların “Plus Genetics” elmi onlayn jurnalında dərc etdirib. Onlar bildiriblər ki, laboratoriya şəraitində donu açılan nematodlar hərəkət etməyə başlayıblar. Alimlər müəyyən ediblər ki, soxulcanlar 46 min ilə yaxın müddətdə “kriptobioz” adlanan yuxulu vəziyyətə olublar.
Tədqiqatçılar, həmçinin qeyd ediblər ki, nematodlar çoxalıblar və indi onların sayı bir neçə mindir

Follow us on social

Facebook Twitter Youtube

Related Posts