Təsviri sənət istiqamətini seçən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Tokio, 16 iyul , /AJMEDIA/

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 10, 11 və 12-ci komissiyalara aid rəsm fənni üzrə keçirilmiş qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq (10 və 11-ci komissiya) və yapma (12-ci komissiya) imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bu barədə AJMEDIA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, təsviri incəsənət müəllimliyi (13-cü komissiya) və 9 illik təhsil bazasında 211-ci komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlərin də “İmtahana buraxılış vərəqəsi” qeydiyyatdan keçdikləri səhifələrində yerləşdirilib.
Qabiliyyət imtahanlarının qrafiki ilə DİM-in saytında tanış olmaq mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts